Lifestyle

Dünyaya fərqli baxış….;)

Gəncliyimizin qədrini bilirikmi? 21/02/2011

Filed under: Həyatın bir anı — Ayinka @ 22:02

Hz. Ömərin xəlifəlik illəri idi. Bir gün xəlifə bir nəfəri yanına çağırıb ona belə deyir: “Səndən bir xahişim var! Hər gün mənim yanıma gəl və mənə “Sən də öləcəksən, ey Ömər!” – de”.

Bir müddət belə davam edir. Bir gün gəlir və Hz. Ömər həmin adamdan daha gəlməməsini xahiş edir. Adam bunun səbəbini soruşur. Xəlifə ona belə cavab verir: “Bu səhər güzgünün qarşısına keçdim. Saç-saqqalıma dən düşdüyünü gördüm. Düşündüm ki, onlar öz vəzifələrini səndən də yaxşı yerinə yetirirlər”.

Bəli, əziz dostlarım! Aynalar, güzgülər bizi gözləyir. Onların qarşısında duraq, nəyə qərar verəcəyimizi düşünək. Şair gözəl deyib:
(more…)