Lifestyle

Dünyaya fərqli baxış….;)

1 stəkan su içməmiş yatmayın!!! 07/02/2011

Filed under: Həyatın bir anı — Ayinka @ 21:53
Tags: , ,

Yatmazdan əvvəl bir neçə fincan su içmək həyatı xilas edir.

İnsan orqanizminin 60-70%-nin sudan ibarət olduğunu, bu səbəblə də orqanizmin su tarazlığının vacib olduğunu bildirən mütəxəssislər, “Bu maye tarazlığı saxlamaq və metobolizma nəticəsində ortaya çıxan zəhərli maddələrin orqanizmdən atılması üçün gündə 1-1.5 litr sidiyin xaric olunması lazımdır. Bu 1 litr idrarın çıxması üçün də gündə 2-2.5 litr su içmək lazımdır” deyib.

Mütəxəssislər qanın 80%-nin sudan ibarət olduğunu, bu suyun qan dövranını yaxşılaşdırdığını vurğulayaraq, bunları əlavə edib: “Qanın duruluğunun azalması, bəzi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə ürək və damar xəstəliyi olan insanlarda bədənin həddindən artıq maye itirməsi nəticəsində qanın duruluğunun azalması, infarkt və iflicə səbəb olur. Qan duruluğunda qanın tərkibindəki maye miqdarının təsiri böyükdür. Axşam biraz artıq yemək yedikdə qanın tərkibindəki yağ, xolestrol və zülal miqdarı artaraq qanın duruluğunu azaltır. Axşam yeməyində və yatmazdan əvvəl içilən bir neçə fincan su qanın durluğunu artırdığı üçün infarkt riskini də azaldır. Buna görə də, sağlamlığımız üçün gün ərzində 2-2.5 litr, yatmazdan əvvəl də ən azı bir neçə fincan su içməliyik.”

Yeməklərdən ən az yarım saat əvvəl də bir fincan su içməklə qidaların həzm edilməsinin asanlaşacağını bildirən mütəxəssislər, eyni şəkildə bədən temperaturunun tarazlaşdırılmasında da rolu olan suyun idrar, tər, nəfəs və qaita yolu ilə orqanizmdəki nəmin xaric edilməsində önəmli təsiri olduğunu bildirib.

Suyun hüceyrələrə qida və oksigen daşınması, qidaların orqanizmdə enerjiyə çevrilməsi kimi bir çox rolu olduğunu deyən mütəxəssislər, balanslı şəkildə maye qəbul etməyin vacib olduğunu vurğulayıb.

Sağlam olun!!!

 

Bir şərh yazın